Biz cookie-lərdən istifadə edirik - bu bizim sizə daha yaxşı oyun təcrübə verməyimizə kömək edir.
Saytı istifadə edərkən bizim cookies-lərin sizin cihazınıda yerləşdirməyə icazə verirsiz.

Matçlar

Futbolçular milli komandanın oyunlarında iştirak edən zaman təcrübə qazanırlar. Millidə oynayan futbolçunun maaşı 40% azalır əgər o yerli klubda oynayırsa yox əgər xarici klubda oynayırsa o zaman 33% azalır.

Milli komanda üçün çıxış edən futbolçular zədələnə bilər. Zədələnmiş futbolçunun klubu zədə müddətində futbolçunun maaşının 100%-ni alır.

Milli komandalar üçün sədaqət bonusları yoxdur, buna görə də futbolçunun sədaqət bonusu milli oyunlarında istifadə edilmir.

Milli matçlar futbolçunun məşq prosesinə təsir etmir. Cərimələr və qovulmalar da sayılmır - buna görə bütün Milli Komanda matçları yoldaşlıq görüşləri kimidir.

Millidə ev sahibi üstünlüyü klublardakı kimi deyil. Milli komandalar kiçik ev sahibi üstünlüyü alırlar, rəqib komandaya derbi görüşündə verilən üstünlüyə bərabər.

Milli komandalar "Döyüş öncəsi səssizlik" xüsusiyyətindən yaralanırlar. Bu o deməkdir ki, matça 8 saat qalmış komandaya aid bir çox məlumatlar ictimaiyyətdən gizlədiləcək. Komanda ruhu, komanda güvənliyi, oyunçular və bir çox digər məlumatlar saytda görünməyəcək. Bunu etməkdə məqsəd, məşqçilərə, milli komandanı matça hazırlamaq üçün yetərli vaxt vermək və matçın başladığı ana kimi rəqibə nəzarət etmə zərurətinin qarşısını almaqdır.

 
Server 070